Bakıda “Herbalife” şirkətinin ən çox satılan məhsulu – “Formula 1” protein kokteylinin təqdimatı keçirilib
08.07.2017 09:00 Sosreaksiya 1426
Reaksiya.az xəbər verir ki, Bakıda “Herbalife” şirkətinin Azərbaycanın media nümayəndələri üçün təşkil etdiyi və sağlam qidalanmaya həsr olunmuş tədbir keçirilib.
“Herbalife” şirkətinin balanslaşdırılmış qidalanma üzrə mütəxəssisi Alla Şilina balanslaşdırılmış qidalanma və şirkətin ən çox satılan məhsullarına dair təqdimatla çıxış edib və ələlxüsus da “Formula 1” protein kokteylinin tərkibi, faydalı xüsusiyyətləri və üstünlükləri barədə qonaqlara ətraflı məlumat verib.
Tədbir zamanı şirkətin mütəxəssisi media nümayəndələrinin suallarını cavablandırıb, sağlam həyat tərzi sürən zaman balanslaşdırılmış səhər yeməyinin əhəmiyyəti, düzgün qidalanma və çəkiyə nəzarətin xüsusiyyətləri haqqında danışıb, eyni zamanda, qonaqlar üçün fərdi sağlam rasion proqramları tərtib edib.
Alla Şilina qeyd edib ki, “Herbalife” şirkətinin məhsulları qida rasionunu balanslaşdırmağa kömək edir və “Herbalife”ın dünyada ən çox satılan məhsulu və eyni zamanda, çəkinin azaldılması üçün nəzərdə tutulmuş məhsullar kateqoriyasında 1 nömrəli məhsulu sayılan məhz “Formula 1” protein kokteylidir ki, bu kokteyl özündə lazımi bütün qida maddələrinin balanslaşdırılmış kombinasiyasından, yəni təbii zülal, sellüloz və 20-dən çox həyati vacib vitamin və minerallardan ibarətdir. “Formula 1” protein kokteyli – tam və balanslaşdırılmış qida qəbulu hesab olunur. Kokteylin bir porsiyasına 17 qr zülal, 20-dən çox faydalı vitamin və minerallar, minimal sayda yağlar, eyni zamanda, faydalı sellüloz və təxminən cəmi 200 kkal (250 ml 1,5%-lik südü nəzərə alsaq) enerji dəyəri daxildir. Azkalorili qidalanma rejiminə riayət edilən zaman yadda saxlanmalı ən vacib məsələ odur ki, insan orqanizminin sağlam qalması üçün onu vacib nutriyenlərlə qidalandırmaq lazımdır və bütün bunlar sözügedən kokteylin tərkibində mövcuddur. İçkinin hazırlanması cəmi 2 dəqiqə vaxt alır, onun tərkibindəki maddələr isə çəkiyə rahat şəkildə nəzarət etməyə imkan verən toxluq hissini uzun müddət saxlamağa kömək edir. 3 fərqli və ləziz dad – şokolad, fındıq və vanil hər gün müxtəlif səhər yeməklərini hazırlamağa imkan verir və gün ərzində iştaha nəzarət etməyin ən yaxşı vasitəsidir.
“Formula 1” protein kokteyli ilə adi mətbəx kulinar yaradıcılıq meydanına çevrilir. Cəmi bir neçə sadə inqrediyent əlavə etməklə qeyri-adi kokteyl hazırlayın və gümrahlıq hissi bütün gün ərzində sizi müşayiət edəcək.
Aşağıda ideal səhər yeməyi üçün “Formula 1” kokteylinin çoxsaylı hazırlanma reseptlərindən biri qeyd olunub:
Gavalılı vanil (323 kkal) – artırılmış zülal porsiyalı kokteyl
İnqrediyentlər:
2 x/q “Formula 1” – Vanil
300 ml süd (1,5% yağlılıq)
1 x/q yağsızlaşdırılmış kəsmik
325 qr gavalı
Hazırlanma qaydası:
1. Süd, kəsmik, gavalı və “Formula 1” tozunu blenderə əlavə edin.
2. Kokteyli 5 saniyə olmaqla 2 dəfə qarışdırın.
3. Daha qatı kokteyl üçün onu bir az daha çox qarışdırın.
Ülviyyə Ədalətqızı
Şərhlər