Güney Azərbaycan ermənilərin hücumuna səssiz qalmadı
08.07.2017 22:04 Sosreaksiya 1437
Reaksiya.az xəbər verir ki, son günlərdə Azərbaycanın Füzuli rayonu ətrafında olan kəndlərinin birində erməni atəşi nəticəsində Zəhra və nənəsinin şəhid olmasına Güney Azərbaycan da səssiz qalmadı.
Güney Azərbaycan Türk milləti imza kampaniyası təşkil etməklə ermənilərin vəhşicəsinə mülki əhaliyə qarşı törətdikləri hücumlarını qınadılar. Bu iki gündə başlayan imza kampaniyasında 18 mindən çox imza Qarabağ xalqına dəstək və erməniləri günahlandırma üçün toplanmışdır və hələ bu kampaniya və atılan imzalar davam edir. İmza kampaniyası 40 milyondan çox İranda üzvü olan "Telegram" sosial şəbəkəsində davam edir. İmza kampaniyasının adı @PrayForZahradır.
Şərhlər