"Canlı bomba" yatdığı yerdə yaxalandı - İstanbulda
29.07.2015 17:40 Sosreaksiya 1148

Türkiyəni qan gölünə döndərmək istəyən terror təşkilatlarından “DHKP-C”yə daha bir bir zərbə endirilib.
Reaksiya.az xəbər verir ki, İstanbulda “canlı bomba” aktına hazırlaşan Y.V. adlı kişi terrorçu bu gün səhər tezdən Büyükçekmecedə keçirilən əməliyyatda yatdığı yerdə yaxalanıb.
Nəfəs kəsən əməliyyatı Milli Kəşfiyyat Təşkilatının (MİT) Mərmərə Bölgəsinin İdarəsi İstanbul Kəşfiyyat Şöbəsilə birgə həyata keçirib.
Qanlı aksiyaya hazırlaşan Günay Özarslanı itirən “DHKP-C”nin yeni bir “canlı bomba”sı müəyyənləşib.
Adana Ağır Cəza Məhkəməsində "Terror təşkilatının təbliğatını aparmaq” maddəsilə 5 il qəti həbs cəzası olan Y.V.-nin aksiyaya hazırlaşdığını müəyyən edən rəsmi şəxslər əməliyyat qərarı verib. Bu gün səhər tezdən onun olduğu evə basqın təşkil edilib və "canlı bomba" yatdığı yerdə yaxalanıb.
O, Respublika Prokurorluğunda aparılan sorğudan sonra həbs olunub.
Şərhlər