Alim Qasımova böyük zərbə - Oğlunun gözünü çıxartdılar

10.07.2017 16:40     Sosreaksiya     1687

Hadisə Müşfiqabad qəsəbəsində baş verib.

Reaksiya.az Mynews.az-a istinadən xəbər verir ki, iyulun 8-i, axşam saatlarında yaxın qohumlarının toyaxşamına yığışan Qasımovlar ailəsində dəhşətli hadisə yaşanıb. Belə ki, qohumlar arasında dava düşüb. Bu vaxt Alim Qasımovun oğlu Qadir Qasımov da hadisə yerində olub. Mübahisə zamanı araya girən Qadir Qasımovu atasının əmisi nəvəsi gözündən vurub. Aldığı zərbə nəticəsində bir gözündən ciddi xəsarət aldığı bildirilir. Bəzi şahidlər də onu vuran şəxsin bıçaqla yaralandığını və hal-hazırda xəstəxanada olduğunu deyirlər. 

Alim Qasımovun oğlunun bu günlərdə əməliyyat üçün Türkiyəyə aparılacağı bildirilir.

Hadisənin dəqiqliyi barədə məlumat almaq üçün dəfələrlə əlaqə saxlamağa çalışsaq da, ailə ilə danışmaq mümkün olmadı. Hadisəni dəqiqləşdirməyə çalışacağıq.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar