İnsan energetikasını pozan 5 element
10.07.2017 22:09 Sosreaksiya 1511
Qarderob təkcə geyim kolleksiyası deyil. Düzgün tərtib olunmuş qarderob insana uğurlu olmağa və bir çox pisliklərdən çəkinməyə kömək edir. Ümumiyyətlə paltarlarla bağlı qədimdən bəri çoxsaylı inanclar mövcuddur.
Rusiyalı ektrasenslər insana uğursuzluq gətirən 5 detalı açıqlayıb.
Qarderob hər kəsdə müxtəlifdir. Bəzən o, o qədər böyüyür ki, lazım olanı tapmaq mümkün olmur. Nəticədə şkaflarda yığılıb qalan paltarlar sahibinə uğursuzluq gətirə bilər. Bu yazıda oxucuları onların enerjisini məhv edən 5 geyimlə tanış edirik.
Özgə paltarı
Başqasının paltarını geyinməklə bağlı kifayət qədər inanclar var. Paltar sahibinin emosiyalarının özünə çəkmək iqtidarındadır. Ona görə də, ən yaxşısı sizə aid olmayan geyimləri evinizdən uzaqlaşdırın. Bununla da həm özünüzü qoruyursunuz, həm də enerjinizin dağıdılmasının qarşısını alırsınız. İnsanlar yadların paltarlarını geyinəndə tez-tez müəyyən xırda xoşagəlməz problemlər və müvəffəqiyyətsizliklərlə üzləşir, yaxud da xəstəliyə düçar olurlar.
Vəfat etmiş insanın qarderobu
Bütün ekstrasenslər şurası mərhumun paltarılarını şiddətlə yandırmağı tövsiyə edir. Onlar iddia edir ki, belə paltarlar insana sevinc və xoşbəxtlik gətirməyəcək. Əksinə, onu iş itkisi, sağlmalıq problemləri və ailədə digər xoşagəlməz mübahisələr gözləyir. Zinət əşyalarının da üzərində dualar oxumaq və ya müqəddəs bulaq suyunun köməyi ilə "təmizləmək" lazımdır. Əvvəlki sahibinə qarşı pis bir şey fikirləşməmisinizsə, zinət əşyalarından sizə heç bir pislik gətirməməsi üçün dua edin.
Xoşagəlməz xatirələri olan paltarlar
Hər bir insanın həyatında yüksəliş və süqut dövrü olur. Əgər müəyyən geyimin sizə xoşagəlməzlik gətirməsi kimi qəribə qanunauyğunluq hiss edirsinizsə, ondan yaxa qurtarın. Ekstrasenslərin sözlərinə görə, qarderobda olan əşyalar rahatlıqla sizin emosiyalarınızı özünə çəkir, sonra isə həm sevinc, həm də kədərli məqamlara yenidən qayıtmağa vadar edir. Keçmişlə vidalaşın, bütün körpüləri yandırın və təəssüflənməyin. Bu əvəzsiz təcrübəni bir dəfə yaşamaq və yadda saxlamaq kifayətdir. Hər halda sizə bədbəxtlik gətirən paltara baxmaq və olanları xatırlamaq heç xoş deyil.
Ayaq ölçüsünə uyğun olmayan ayaqqabı
Çinlilər deyirlər ki, sağlamlıq ayaqdan başlayır, daha doğrusu dabandan. Odur ki, həm cavan qalmaq, həm də uzunömürlü olmaq üçün rahat ayaqqabı seçin. Burada təsvir edilən rəng, ölçü və onun forması əhəmiyyət kəsb edir. Yeni model dalınca qaçmazdan əvvəl narahat ayaqqabıda necə mənasız, ürək ağrıdan vəziyyətdə, narazı və ya əsəbi göründüyünüzü düşünün.
Rəng çeşidi
Əgər sizin qarderobu geyimlər axromatik rənglər (qara, boz, ağ) təşkil edirsə, onda sizə oraya digər rəngləri də daxil etməyi məsləhət görürük.
Hər rəng öz funksiyalarını yerinə yetirir və insan həyatının müəyyən mərhələlərində ona kömək edir. Dəyişməkdən, monotonluqdan çıxmaqdan, öz gözəlliyinizi dünyaya bəxş etməkdən və parlaq rənglərdən qorxmayın. Boz, qara-qura rənglər içində siz şəxsiyyətinizi simasızlaşdırır və özünüzü pozursunuz, nəticədə isə sanki görünməzə çevrilirsiniz.
Geyim seçimi sizi yüksəklərə qaldırmaq iqtiradında olan, arzuların reallaşmasına kömək edən, firavanlığın və cansağlığının cəlb olunmasına kömək edən məsuliyyətli addımdır. Odur ki, ürəyinizcə olmayan şeyləri geyinməməyə çalışın.
Şərhlər