“Starbucks Azərbaycan” EMEA regionunda birinci oldu

11.07.2017 00:07     Sosreaksiya     1498

“Starbucks Azərbaycan”ın Bakıda yerləşən dörd mağazasındakı çalışan bütün baristalar “Qəhvə mütəxəssisi” sertifikatıba layiq görülüblər. Beləliklə, “Starbucks Azərbaycan” EMEA regionunda (Avropa, Yaxın Şərq və Afrika) fəaliyyət göstərən “Starbucks”lar arasında ilk və tək olaraq “Black Apron” adını qazanıb. “Black Apron” – həmin mağazada xidmət göstərən bütün baristaların “Qəhvə mütəxəssisi” olduğunu ifadə edir.

 

“Starbucks” Azərbaycanda qəhvəni həyat tərzi kimi mənimsəyənlərin dəyişməz seçimi olaraq böyüməyə davam edərkən sertifikatlı qəhvə mütəxəssisləri ilə qürur hissi duyur.

 

“Starbucks”ın “Qəhvə mütəxəssisləri” qəhvə mədəniyyəti, “Starbucks”ın qəhvə paxlaları və şirkətin standartları barədə məlumat mənbəyi və nümunə olmağı könüllü şəkildə prinsip kimi qəbul edirlər. Qara zəmin üzərinə ağ sirena loqotip ilə önlük geyən “Qəhvə mütəxəssisləri” malik olduqları məlumatlar ilə yanaşı məlumata çatmaq və həmin məlumatları köçürmək şəkli ilə də nümunə partnyor kimi göstərilirlər. Bununla yanaşı, seminar və layihələr bilik və təcrübə mübadiləsi təmin olunur ki, bu da “Qəhvə mütəxəssislərinin” fəaliyyətinin və içki keyfiyyətini yüksəldilməsinin əsasını təşkil edir.

 

“Qəhvə mütəxəssi” adını almaq prosesinə başlamaq üçün “Starbucks”da ən azı 6 ay iş təcrübəsinə malik olmaq lazımdır. “Qəhvə mütəxəssi” sertifikatını almaq üçün təhsil müddəti isə 8-12 həftə davam edir. Bu müddət ərzində partnyor qəhvə tarixi, qəhvə əkinçiliyi və coğrafiyası, “Starbucks Qovurma” və “Qarışdırma sənəti” kimi mövzular haqqında ətraflı məlumatlar alır və onları uyğun şəkildə ötürə biləcək qabiliyyətini inkişaf etdirir. Prosesi müvəffəqiyyətlə tamamlayan partnyorlara “Qəhvə mütəxəssisi” sertifikatı verilir.

 

Dünyanın aparıcı qəhvə satıcısı, emalçısı və xüsusi qəhvə markası olan “Starbucks” 1971-ci ildə Amerikanın Siyetl şəhərində xüsusi qəhvələr satan bir dükanla fəaliyyətə başlayıb. Bu gün dünya üzrə 33  mindən çox mağazası ilə xidmət göstərən “Starbucks” hər il dünyada istehsal olunan 100% arabika qəhvə paxlalarının ən yüksək keyfiyyətə malik olanlarını seçir və 46 ildən çox təcrübəsi və xüsusi üsulu ilə qovrulduqdan sonra qonaqlarına təqdim edir.

 

Hər bir içki qonaqların tələblərinə uyğun və müxtəlif növ süd, sirop və soyuq və ya isti servis seçmək imkanı ilə hazırlanır. “Starbucks”larda ümumi hesabla 87 min növ fərqli içki təklif olunur.

Ülviyyə Ədalətqızı

Reaksiya.az

Şərhlər

Çox oxunanlar