Baş həkimdən qolu sınan uşağın ölümü ilə bağlı açıqlama

11.07.2017 12:50     Sosreaksiya     1229

Ağdaş Mərkəzi Rayon Xəstəxanasında 9 yaşlı uşağın ölümünə anafilaktik şok səbəb olub.

Bunu azvizion.az-a açıqlamasında xəstəxananın baş həkimi Nuriyev Nuru deyib.

Onun sözlərinə görə, 2008-ci il təvəllüdlü Qəbələ rayon Qaradeyin kənd sakini Mehralıyev Seymur Qoşqar oğlu dünən saat 17:04 radələrində sağ said sümüyünün sınığı xəsarəti ilə xəstəxanaya gətirilib. 

“Cərrahiyə əməliyyata başlamazdan öncə metilen iynəsi vurularkən xəstə anafilaktik şok keçirib. Ölümünə səbəb anafilaktik şok olub. Ürək dayanıb və bütün lazimi tədbirlərin görülməsinə baxmayaraq, 10 dəqiqə ərzində ürəyi bərpa etmək mümkün olmayıb, xəstə rəhmətə gedib. Hər bir əməliyyatda anafilaktik şok baş verə bilər. Düzdür, nadir hallarda baş verir və xəstəni vəziyyətdən çıxarmaq olur. Təəssüf ki, xəstənin həyatını xilas etmək mümkün olmadı”. 

Baş həkim bildirib ki, uşağın meyiti yarılıb və ekspertiza təyin edilib: “Patoloji anatomik təşrihdən sonra xəstənin ölüm səbəbi dəqiq bilinəcək”.

Qeyd edək ki, xəstəni qəbul edən həkim İdris Əliyev azyaşlının əməliyyat olunmasını məsləhət görüb. Uşağı əməliyyata hazırlayan həkim Nizaməddin Məsimov ona narkoz verib. Azyaşlı əməliyyata girərkən qəfildən ölüb

Reaksiya.az

Şərhlər

Çox oxunanlar