"Ərik bağı"nda qanlı "razborka"
11.07.2017 13:09 Sosreaksiya 1447
Qətl hadisəsinin borc pul üstə baş verdiyi bildirilir
Yevlax rayonunda qətl hadisəsi baş verib. Yevlax rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, hadisə rayonun Xaldan qəsəbəsi ərazisindəki "Ərik bağı" kafesində baş verib.
Həmin kafedə 1949-cu il təvəllüdlü Həmidov Azər Knyaz oğlu 1973-cü il təvəllüdlü Bəşirov Qorxmaz Sirac oğlunu bıçaqla qətlə yetirib.
Qətl hadisəsinin borc pul üstə baş verdiyi bildirilir. Hadisəni törədən A.Həmidov saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı Yevlax rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.
Şərhlər