Bakıda zibil çəninə partlayıcı qurğu atdılar, yaralanan var

11.07.2017 14:00     Sosreaksiya     1545

Bakının Nəsimi rayonunda zibil çəninə atılan partlayıcı qurğu partalayıb, yaralanan var.

Bu barədə hüquq-mühafizə orqanları məlumat veriblər.

Məlumata görə, hadisə bazar ertəsi saat 20:40-da baş verib. Paytaxtın “20 Yanvar” küçəsində mənzil-istismar sahəsinin əməkdaşları - 1987-ci il təvəllüdlü Kürdəmir sakini Rauf Rəsulov və 1983-cü il təvəllüdlü Siyəzən sakini İmamverdi Əhmədov “Man” markalı avtomobillə zibilləri daşıyıblar. Zibil çənlərindən birinin boşaldılması zamanı partlayış baş verib. R.Rəsulov çoxsaylı zədələr alıb və Respublika Travmatologiya İnstitutuna yerləşdirilib.

İlkin məlumatlara görə, zibil çəninə partlayıcı qurğu naməlum şəxslər tərəfindən atılıb və zibil daşıyanlar yaxınlaşan zaman partlayıb.

Faktla bağlı araşdırma aparılır. (Sputnik Azərbaycan)

Reaksiya.az

Şərhlər

Çox oxunanlar