Hərbi xidmətdən möhlət hüququ verilənlərin sayı açıqlandı

11.07.2017 16:15     Sosreaksiya     1198

2017-2018-ci tədris ili üçün magistraturaya qəbul 70 proqram üzrə aparılıb və proqramlar üzrə müsabiqə vəziyyəti müxtəlif olub.

 Dövlət İmtahan Mərkəzindən modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, ayrılmış 7703 plan yerinə 6233 bakalavr (onlardan 2352 nəfəri dövlət sifarişi əsasında) qəbul olunub və plan yerləri 80.92% dolub. 

Magistraturaya qəbul  olunan bakalavrların 2767-si oğlan, 3466–si isə  qızdır.

“Elm haqqında” qanunun 5-ci maddəsində (Elmin inkişafı üzrə məqsədli proqramlar) göstərilib ki, təhsilin fasiləsizliyi prinsipinə və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna uyğun olaraq, Azərbaycan Respublikasının və xarici ölkələrin ali təhsil müəssisələrinin və elmi müəssisələrin və təşkilatların magistratura (rezidentura) və doktoranturalarında əyani təhsil alanlara hərbi xidmətdən möhlət hüququ təmin edilir. 

Bu da o deməkdir ki, bu il magistraturaya qəbul  olunan 2767 oğlana hərbi xidmətdən möhlət hüququ veriləcək.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar