Xoşqədəm Hidayətqızının səsi tutulub

11.07.2017 16:30     Sosreaksiya     1368

Məşhur teleaparıcı Xoşqədəm Hidayətqızının səsi tutulub.

Teleaparıcının verilişində iştirak edən tamaşaçının "Bizim yol"a verdiyi məlumata görə , ötən gün jurnalist “Səni axtarıram” verilişinin sezon finalının çəkilişi zamanı səsi tutulduğu üçün proqramı apara bilməyib.Həkimlər ona belə vəziyyətdə danışmağın yasaq olduğunu bildirsələr də o fikirindən dönməyib.Teleaparıcının səsinin eşidilməsi üçün studiya mikrofonlarının səsi tamam verilsə də bu mümkün olmayıb. Daha sonra səsinin tamam tutulduğunu görən Xoşqədəm Hidayətqızı proqramın aparıcılığını verilişdə iştirak edən Sərxan Kərəmoğluna həvalə edib. Xanım aparıcının boğazına mikrob düşüb, nəticədə həkimlər belə halın uzun müddət davam etdiyini bildiriblər.Hadisədən dolayı xanım aparıcının hazırda stres keçirdiyi bildirilir.

Məsələ ilə bağlı Xoşqədəm Hidayətqızı ilə əlaqə yaratmaq  mümkün olmayıb.Verilişin yaradıcı heyəti isə telefonlara cavab verməyib. Qeyd edək ki, ötən həftə iyul ayının 7-də “Bizə danış” verilişinin sezon finalı günü artıq aparıcının canlı yayımda səsi tutulmuş, verilişin aparıcılığında proqramda ekspert kimi iştirak edən Sərxan Kərəmoğlu yardımçı olmuşdu.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar