"15 iyul Türkiyə" adlı tədbir keçirilib - FOTOLAR
13.07.2017 21:51 Sosreaksiya 1699
Reaksiya.az "Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə" ictimai birliyinin təşkilatçılığı ilə 15 iyul 2016-cı ildə Türkiyədə baş verən dövlət çevrilişinə cəhdlə bağlı tədbir keçirilib.
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bildirib ki, ötən il ölkəsində baş verən xain çevriliş cəhdi bu günə qədər Türkiyəyə qarşı ən böyük xəyanətlərdən biridir.
Onun sözlərinə görə, 15 iyul hadisələri zamanı günahsız insanlara qarşı silahlardan istifadə ediblər. Nəticədə 250 vətəndaşı şəhid olub, 2000-dən çox vətəndaş isə yaralanıb: "Bu hadisələr Türkiyə demokratiyası üçün böyük sınaq idi. Türk xalqı bu sınaqdan üzüağ çıxmağı bacardı. Türkiyədə partiya mənsubiyyətindən asılı olmayaraq, hamı demokratiya naminə birləşərək, öz gələcəyinə sahib çıxdı". Diplomat Azərbaycanın hər zaman olduğu kimi, 15 iyul hadisələri zamanı da Türkiyənin yanında olduğunu vurğulayıb və buna görə Azərbaycan xalqına, prezident İlham Əliyevə təşəkkür edib.
Tədbirdə çıxış edən Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri, "Hərbi And" qəzetinin baş redaktoru Emin Həsənli Türkiyə xalqının öz prezidentinin ətrafında sıx birləşərək, mənfur qüvvələrin öz niyyətlərinə çatmasına imkan vermədiyi vurğulayıb: "Türk xalqı qətiyyətli mövqe ortaya qoydu. Azərbaycan xalqı 1994-1995-ci illərdə ulu öndərin çağırışı ilə çevrilişlərə yox dediyi kimi, türk xalqı da baş verən çevrilişə yox deyərək, Türkiyədə hakimiyyətin dəyişməsinin yolunu ancaq seçkilər olduğunu ortaya qoydu".
Tədbir millət vəkilləri, QHT təmsiçiləri və digər ictimaət nümayəndələrinin çıxışları ilə davam edib.
Zaur Qəriboğlu
Şərhlər