3 qız İŞİD – i aldadıb

29.07.2015 19:01     Sosreaksiya     2957

Çeçen polisi İŞİD terror qruplaşmasının üzvləri ilə sosial mediada danışan 3 gənc qızı həbs edib, amma sonradan ortaya qeyri – adi bir hadisə ortaya çıxıb. Belə ki, Reaksiya.az Rusiya mətbuatına istinadən xəbər verir ki, terror təşkilatı İŞİD təşkilata yeni üzvlərin qoşulması məqsədi ilə Çeçenistanda təbliğat apararkən 3 gənc qızla əlaqə yaradıb. Çeçen qızları isə İŞİD terrorçuları aldadaraq Suriyaya getmək istədiklərini, ancaq pullarının olmadığını bildiriblər.

Rus mətbuatının iddiasına görə onların dediyinə inanan IŞİD yaraqlıları qızlara 3.300 dollar göndəriblər. Bundan sonra 3 qız sosial mediadakı hesablarını bağlayıblar.

Şərhlər

Çox oxunanlar