Azərbaycanın MiQ-29 qırıcısı Lvov səmalarında
15.07.2017 14:43 Sosreaksiya 1511
Ukraynanın Lvov dövlət aviatəmir zavodu Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 qırıcısının əsaslı təmirini başa çatdırıb.
Ukrayna mənbələri xəbər verir ki, təyyarə əsaslı təmirdən sonra Lvov səmalarında sınaq uçuşları keçirib. Qeyd olunur ki, təyyarə 1988-ci ildə istehsal olunub.
Lvov dövlət aviatəmir zavodu hazırda tam gücü ilə işləyir. Zavodun təmir sexlərində Polşa, Azərbaycan, Qazaxstan və Ukraynanın 12 təyyarəsi var.
Şərhlər