Elektrik malları mağazasından biabırçı təklif

29.07.2015 21:13     Sosreaksiya     2681

"Facebook" sosial şəbəkəsində elektrik mallar satılan mağazalardan biri biabırçı endirim kampaniyasına start verib. Elanda bildirilib ki, “şortiklə gələnə 20 faiz endirim” var. Sosial şəbəkə istifadəçiləri tərəfindən bu xəbər heç də birmənalı qarşılanmayıb. Statusa yazılan rəylərdə bu elanın və Hafiz Hacıyevin məlum şortik məsələsinə görə zarafat məqsədiylə yazıldığı söylənilsə də, elanı ciddiyə alıb şəkildə sərt reaksiya verən də olub. “Bəzi kişilərin papaqları uçub indi də, şalvarları uçsun deyirsiz? Heç olmazsa imkan verin kişi sözündə k hərfi qalsın”, “Nəyin təbliğatıdır bu? Avropalaşırıq (biqeyrətləşmə gedir) yoxsa kökümüzü unutdurmaq, dəyişdirmək istəyənlərin köklü planıdır” kimi aqressiv fikirlər bildirilib.
Elanın nə qdədər doğru olub olmadığını öyrənmək üçün mağaza ilə əlaqə saxlamağa çalışsaq da göstərilən nömrədən telefona cavab verən olmadı.

Şərhlər

Çox oxunanlar