Bakıda 1 yaşlı uşaq binanın 3-cü mərtəbəsindən yerə yıxılıb

23.07.2017 12:10     Sosreaksiya     1586

Bakıda 1 yaşlı uşaq binanın 3-cü mərtəbəsindən yerə yıxılıb.

Reaksiya.az "Report"a istinadən xəbər verir ki, bədbəxt hadisə Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, 7-ci mikrorayon, Abay Kunanbayev küçəsi bina 3 mənzil 37 ünvanında yaşayan 2016-ci il təvəllüdlü Əmənova Rüqayyə Elnur qızı evin pəncərəsindəki tora toxunarkən 3-cü mərtəbədən yerə yıxılıb. Uşaq ağır kəllə-beyin travması alaraq xəstəxanaya yerləşdirilib.

Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirir.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar