Bakıda dəhşətli olay - 45 YAŞLI KİŞİ 8 YAŞLI UŞAĞI ZORLADI
24.07.2017 15:30 Sosreaksiya 1685
Bakıda 45 yaşlı kişi 8 yaşlı oğlan uşağını zorlayıb.
Reaksiya.az xəbər verir ki, mərhum Xalq şairi Zöhrab Tahirin oğlu, Dövlət Gömrük Komitəsinin kapitanı Tahir Tahirli aznews.az-a açıqlamasıda hadisənin 21 iyunda baş verdiyini qeyd edib:
“Həmin gün yolum Xətai rayonu, Mehmandarov küçəsində yerləşən avtoservislərin yanından düşmüşdü. Yolun bir tərəfi qəbiristanlıqdır. Baxdım ki, bir kişi uşağı zorlayır. Bunu görən kimi onun arxasınca qaçdım, amma, tuta bilmədim. Uşağı götürub Cevik Polis Alayına apardım. Onların köməkliyi sayəsində uşağın anasını və onu zorlayan 45 yaşlı Rauf adlı şəxsi tapdıq. Sonra onu Xətai Rayon Polis Şöbəsinə təhvil verdik”.
Tahir Tahirli qeyd edib ki, həmin hadisədən sonra təcavüzə məruz qalan uşaqla söhbət edib:
“O, anasının restoranların birində işlədiyini dedi. Heç kəsi olmadığından, ana uşağı özü ilə işə aparıb gətirir. Uşaq çıxıb həyətdə oynayanda Rauf onu görüb, uşağı oğurlayaraq həmin əraziyə gətirib və zorlayıb”.
Reaksiya.az
Şərhlər