Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

27.07.2017 18:04     Sosreaksiya     1930

Reaksiya.az xəbər verir ki, bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Sabirabad rayon Bulduq kənd məscidi dini icması tərəfindən “Milli dəyərlərimizin formalaşmasında İslam dininin əhəmiyyəti” layihəsi çərçivəsində “Milli kimliyimiz milli-mənəvi dəyərlərimizin bir parçasıdır” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov, Bulduq kənd məscidi dini icmasının üzvü  Nurlan Həsənov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Bulduq kənd məscidi dini icmasının dini ayin icraçısı Mustafa Mustafayev dindarların radikal meyillərdən qorunması, gəncliyimizin milli-mənəvi və dini dəyərlər işığında tərbiyə olunması istiqamətində aparılan bu tədbirlərin əhəmiyyətindən bəhs edib.
Daha sonra DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov keçirilən layihənin əhəmiyyətindən danışıb. O, DQİDK-nın dini duruma nəzarət edilməsi sahəsində göstərdiyi fəlaliyyətin istiqamətləri barədə tədbir iştirakçılarına məlumat verib.
Kənd sakini Balaoğlan Həsənov gənclərimizin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi, İslama yad əqidələrin təsiri altına düşməməsi üçün maarifləndirmə tədbirlərinin çox önəmli olduğunu vurğulayıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, Dövlət Komitəsi tərəfindən nəşr olunan dini təyinatlı maarifləndirici ədəbiyyatlar paylanılıb.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib.
 
Z.Cəsarət

Şərhlər

Çox oxunanlar