Bakıda müəmmalı hadisə - dilənçi qız yoxa çıxdı

28.07.2017 14:18     Sosreaksiya     1013

Bakıda dilənçiliklə məşğul olan 10 yaşlı qızın itkin düşməsi ilə bağlı polisə müraciət daxil olub.

Reaksiya.az Lent.az - a istinadən xəbər verir ki, Dəvəçi rayon sakini, 1975-ci il təvəllüdlü Qəmrayeva Tünzalə Malik qızı bildirib ki, 2007-ci il təvəllüdlü qızı Qəmər metronun “Xətai” stansiyası yaxınlığında yoxa çıxıb. O, bildirib ki, qızını dilənçiliklə məşğul olması üçün Xocalı prospekti 18-in qarşısına qoyub. Bir neçə saat sonra geri qayıdanda isə qadın qızını tapa bilməyib.

Faktla bağlı araşdırma aparılır.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar