Biləsuvarda azyaşlı baş nahiyəsindən xəsarət alıb
29.07.2017 12:52 Sosreaksiya 1775
Biləsuvarda azyaşlı baş nahiyəsindən xəsarət alıb və hadisə yerində ölüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iyulun 28-də Biləsuvar rayonunun Günəşli kəndində 7 yaşlı Bəxtiyar Gözəlov evlərində ov tüfəngi ilə ehtiyatsız davrandığından açılan atəş dayısı qızı 8 yaşlı Səbinə Qasımlının baş nahiyəsinə dəyib və nəticədə uşaq hadisə yerində ölüb.
Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə yerindən “TOZ-16” markalı ov tüfəngi götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Şərhlər