Qənirə Paşayevadan önəmli Qarabağ çağırışı
29.07.2017 16:05 Sosreaksiya 1585
Aksarayda “Qarabağ hekayələrinin” imza mərasimi keçirilib.
Millət vəkili, Avrasiya beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Q. Paşayeva Aksarayda bölgənin fəal gənclər, qadın təşkilatları, QHT və KİV rəhbərləri ilə görüşüb. Görüşdə Azərbaycana geniş diqqət ayırmağa çağıran millət vəkli, siyasi elmlər doktoru Q. Paşayeva Azərbaycan ilə Türkiyənin müxtəlif bölgələri, gənclər və qadın təşkilatları, QHT-ləri. KİV-ləri arasında da əlaqələrin getdikcə daha da genişlənməsinin vacibliyindən söz açıb.
Azərbaycanın tarixi, mədəniyyəti, Azərbaycan həqiqətləri ilə bağlı, Ermənistanın torpaqlarımızın 20%-ni işğal altında saxlaması, qaçqın və məcburi köçkünlərin taleyi, Dağlıq Qarabağ və işğal edilmiş digər Azərbaycan ərazilərində dinc azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilən soyqırımlar, qətliamlar, Xocalı soyqırımı, erməni vandalizmi barədə söz açan Q. Paşayeva onları Qarabağ həqiqətlərinin yayılmasında daha fəal olmağa çağırıb. İki qardaş ölkənin fəal gənclər, qadın təşkilatları, QHT-ləri, KİV-ləri arasında əməkdaşlığın artmasının vacibliyi ilə də bağlı fikirlərini bildirən millət vəkili “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” seriyasından yaxın günlərdə çıxacaq yeni kitabında Aksaray ilə də bağlı geniş yazının öz əksini tapacağını deyib. Görüşün sonunda millət vəkili görüş iştirakçılarına həmmüəllifi olduğu və Türkiyə türkcəsində çapdan çıxmış “Karabağ hikayeleri”nı imzalı hədiyyə edib. Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin, Prezident yanında QHT-lərə Dəstək Şurasının dəstəyi ilə çap olunmuş kitab yüzlərlə gəncə hədiyyə edilib. Aksarayda Anadolu məktəbində də millət vəkili Q.Paşayeva ilə geniş görüş keçirilib. Millət vəkili Q. Paşayeva gənclərin suallarını geniş cavablandırıb və onlara Azərbaycanla bağlı, Qarabağ həqiqətləri ilə bağlı kitablar, həmmüəllifi olduğu ra“Karabağ hikayeleri” kitabını hədiyyə edib. Aksarayda millət vəkili Q. Paşayevanın həmmüəllifi olduğu və Türkiyə türkcəsində çapdan çıxmış “Karabağ hikayeleri” kitabının təqdimatı və imzalanması da olub.
Millət vəkili Q.Paşayeva kitabları gənclərə imzalı hədiyyə edərək onları Qarabağ həqiqətlərini dərindən öyrənməyə çağırıb. Millət vəkili Q.Paşayeva həmçinin Aksaraydakı Qadın Mərkəzini də ziyarət edib və qadınlara Azərbaycandan danışıb və onların suallarını cavablandırıb. Millət vəkili Q. Paşayeva həmçinin jurnalistlərlə görüşüb, onlara Azərbaycan, Qarabağ həqiqətləri ilə bağlı geniş məlumatlar verib, suallarını cavablandırıb və ayrı-ayrı media qurumlarına geniş müsahibələr verib.
Şərhlər