Türkiyədən daha bir pis xəbər - VİDEO - FOTOLAR

30.07.2015 11:00     Sosreaksiya     1909

 

Türkiyədə zəlzələ olub. 5,2 bal gücündə baş verən zəlzələnin episentri Ağdənizin Mersin körfəzində qeydə alınıb.

Reaksiya.az xəbər verir ki, yeraltı təkanlar Adana, Osmaniyə, Mersin, Alanya və Qaziantep şəhərlərində hiss edilib. İnsanların təşvişə düşərək evlərini tərk etdikləri bildirilir.

Zəlzələ nəticəsində dağıntı və tələfat olmayıb.

Aralıq dənizi Mersin körfəzində meydana gələn 5.0 böyüklüyündəki zəlzələ hiss edildiyi cənub sahilindəki rayonlarda vətəndaşları küçəyə töküb. Vətəndaşlar uzun müddət küçələrdə gözləyib.

Yerin təxminən 18 kilometr altında meydana gələn zəlzələ Qaziantepdə də hiss edilib. Sarsıntıyla yuxularından oyanan vətəndaşlar böyük qorxu yaşayıb. Küçəyə çıxan vətəndaşlar zəlzələnin böyük olmadığını öyrənəndə rahat bir nəfəs alarkən Qaziantepdə hər hansı bir can və mal itkisi baş vermədiyi öyrənilib.

Mersində hiss edilən zəlzələ qısa müddətli panikaya səbəb olub. Havaların isti olması səbəbindən yatmayan bir çox vətəndaş zəlzələni hiss edib, bəziləri isə yuxuda yaxalanıb. Vətəndaşlar zəlzələ səbəbiylə özlərini küçəyə atıb.

Zəlzələ zamanı təşviş keçirən Zennure Vuruşkan adlı bir qadın evindən çıxmaq istəyərkən pilləkənlərdən sürüşüb və ayağından yaralanıb.

Qonşuları tərəfindən xəstəxanaya gətirilən gənc qadın müalicə altına alınıb.

 

Şərhlər

Çox oxunanlar