“Azərbaycan Hava Yolları” aviaşirkətinə qarşı fırıldaqçılıq
05.08.2017 10:42 Sosreaksiya 1786
Son vaxtlar “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkəti tərəfindən aviabiletlərin oğurlanmış kredit kartı ilə satışı cəhdləri qeydə alınıb və qarşısı alınıb.
“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən Reaksiya.az-a bildirilib ki, fırıldaqçılar müştərilərə endirim adı altında sövdələşmə təklif etmiş, sonra oğurlanmış kartlar vasitəsilə aviaşirkətin aviabiletlərini alıb.
AZAL sərnişinləri aviabiletləri yalnız aviaşirkətin etibarlı rəsmi tərəfdaşlardan və ya aviaşirkətin rəsmi internet saytından almağa çağırır.
Azərbaycan ərazisində AZAL aviadaşımaları üçün aviabiletlərinin satışına rəsmi hüququ olan agentliklərin siyahısı aviaşirkətin rəsmi internet saytında təqdim olunub: Azərbaycanda AZAL-ın aviadaşımaları üçün biletlərin satışına rəsmi hüququ olan agentliklərin siyahısı
Ülviyyə Ədalətqızı
Şərhlər