TQDK-dan abituriyentlərə - Xəbərdarlıq

30.07.2015 11:19     Sosreaksiya     1380

Bu gündən etibarən Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən keçirilən qəbul imtahanında iştirak edən abituriyentlərin ixtisas seçimi başlayır. Abituriyentlərin qəbul imtahanlarından topladıqları balla ali təhsil müəsissələrinə keçib və ya keçə bilməyəcəkləri ən çox düşündürən və verilən sualdır.

Reaksiya.az xəbər verir ki, bu haqda məlumatı TQDK yayıb.

Məlumata görə, ayrı-ayrı ixtisaslar üzrə keçid ballarının bu il hansı səviyyədə formalaşacağı barədə müsabiqədən əvvəl dəqiq məlumat vermək mümkün deyil. Abituriyentlərin ixtisas seçimi zamanı müsabiqə vəziyyəti yüksək və aşağı olan ixtisaslar haqqında ümumi məlumat əldə edib, təxmini istiqamət götürə bilmələri üçün TQDK tərəfindən əvvəlki illərin keçid balları dərc olunur. Lakin bəzi abituriyentlər belə düşünürlər ki, ayrı-ayrı ixtisaslar üzrə əvvəlki ilin keçid balları növbəti ildə eynilə təkrarlanır. Bu, birtərəfli yanaşmadır, ona görə ki, keçid balı ildən-ilə ya azalmağa, ya da artmağa doğru dəyişə bilər.

 

Şərhlər

Çox oxunanlar