Quldurluq yolu ilə külli miqdarda pul, qızıl əşyalar aparan şəxs saxlanılıb
14.08.2017 12:39 Sosreaksiya 1575
Paytaxtda quldurluq yolu ilə evdən külli miqdarda pul və qızıl aparan şəxs tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 11-də rayonun Buzovna qəsəbəsindəki evlərdən birinə açıq qalmış qapıdan girib orada xadimə işləyən qadının əllərini və ayaqlarını kəmərlə bağlayıb seyfdən 75 min manat, 11 min ABŞ dolları, habelə 200 min manat dəyərində qızıl əşyalar və “Vinçestr” markalı tüfəng aparmaqda şübhəli bilinən paytaxt sakini Elvin Piriyev tutulub. Şəxsiyyəti müəyyən edilən daha 3 nəfərin tutulması istiqamətində tədbirlər görülür.
Faktla bağlı cinayət işi başlanıb.
Şərhlər