"Azərbaycan və Türkiyə həqiqətlərinin yayılmasında aydınların rolu və vəzifələri" adlı konfrans keçirilib - FOTOLAR

20.08.2017 15:16     Sosreaksiya     1595

Reaksiya.az xəbər verir ki, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin və EkoAvrasya Ekonomik İlişkilər Dərnəyi, Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilatçılığı ilə "Azərbaycan və Türkiyə həqiqətlərinin yayılmasında aydınların rolu və vəzifələri" adlı konfrans keçirildi.

Konfransı giriş sözü ilə açan Dünya Gənc Türk Yazarlar Birliyinin Məsləhət Şurasının başqanı, Əkbər Qoşalı qardaş Türkiyə və Azərbaycannın dostluq və qardaşlıq münasibətlərinin tarixin sınaqlarından uğurla keçdiyini vurğuladı. Ölkəmizdə səfərdə olan bir qrup Türkiyədən olan nümayəndə heyətini  Bakıda Atatürk mərkəzində görməkdən məmnun olduğunu bildirən Əkbər Qoşalı hər iki xalq arasında  dostluğu davam etdirən ziyalıların üzərinə böyük vəzifələr düşdüyünü vurğuladı. Beynəlxalq Avrasiya Araşdırmalar İnstitutu İctimai Birliyinin rəhbəri, Milli Məclisin deputatı Qənirə Paşayeva qonaqları salamladı. O, Azərbaycan və Türkiyə ziyalılarının iştirak etdiyi bu cür konfrans və görüşlərin vacib olduğunu bildirdi. Millət vəkili qeyd etdi ki, getdikcə gərginləşən dünyada istər Azərbaycan, istərsə də Türkiyə haqqında dezinformasiyalar, Qarabağla bağlı qərəzli və yalan məlumatlar yayılmaqdadır. "Biz bu cür yalan məlumatların bir hissəsini hansı qüvvələrin yaydığını, ermənilərin bu sahədə təxribatlarını yaxşı bilirik. Eyni zamanda bu yalanlar başqa qüvvələr tərəfindən də yayılır. Qarabağ həqiqətlərini dünyaya daha ətraflı olduğu kimi çatdırmaq üçün birlikdə fəaliyyət göstərməli, əməkdaşlıqlığımızı daha da gücləndirməliyik. Yalnız bu halda biz türk dünyasının acısını, toplumlarımızın həqiqətlərini beynəlxalq ictimaiyyətə doğru şəkildə çatdıra bilərik"

  Türkiyənin müxtəlif bölgələrində Qarabağ adına parkların salındığını, küçələrin açıldığını vurğu8layan millət vəkili bu layihələrin Qarabağ həqiqətlərinin Türkiyə ictimaiyyətinə çatdırılmasında mühüm işlər olduğunu vurğuladı. Pürsaklar bələdiyyə başqanı Səlcuq Çətin hər iki xalqın ortaq söykökünə, tarix və adətlərə malik olduğunu bildirdi. O, Türkiyə və Azərbaycanın böyük iqtisadi layihələrdə fəal olduğunu vurğulayaraq bu nailiyyətləri hər iki ölkə üçün vacib olduğunu qeyd etdi və hər iki xalqın həqiqətlərinin dünyaya çatdırılması baxımından birgə fəaliyyətin önəmli olmasını söylədi. EkoAvrasya Ekonomik İlişkilər Dərnəyinin rəhbəri Hikmət Ərən türk dünyasında baş verən qətliam və soyqırımların dünya birliyinə duyurulması üçün hər iki dövlətin QHT-ləri, media quruluşları arasında əlaqələrin daha da möhkəmlənməsinə toxundu.

Hollandiyada fəaliyyət göstərən Azərbaycan diasporunun təmsilçisi Vüqar Abbas Azərbaycan və Türkiyə diaspor nümayəndələrinin birgə uğurlu fəaliyyəti barədə məlumat verdi və gələcəkdə hər iki ölkə həqiqətlərinin dünyaya tanıdılmasında görülməli olan işlərdən danışdı.

Mehmet Erdoğan Ergün Türkiyə və Azərbaycan həqiqətlərinin beynəlxalq aləmə çatdırılmasında medianın üzərinə düşən vəzifələrdən danışdı. Okuklu holdinqinin rəhbəri Yılmaz Okuklu, iş adamı Mehmet Akbüyük, CASCFEN sədr müavini Nadir Azəri, TUMİB rəhbəri Çingiz Bayramov və digər çıxış edənlər konfransda müzakirə edilən məsələlər barədə fikir mübadiləsi apardılar. Mehmet Erdoğan Ergün Türkiyə və Azərbaycan həqiqətlərinin beynəlxalq aləmə çatdırılmasında medianın üzərinə düşən vəzifələrdən danışdı. Okuklu holdinqinin rəhbəri Yılmaz Okuklu, iş adamı Mehmet Akbüyük və digər çıxış edənlər konfransda müzakirə edilən məsələlər barədə fikir mübadiləsi apardılar.

 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar