Bakı Rusiyadan bu raket sistemini ala bilər - – Frolov

22.08.2017 10:00     Sosreaksiya     1485

Azərbaycan S-500 Prometey və Antey-4000 sistemlərinin əsas alıcılarından biri ola bilər

Reaksiya.az xəbər verir ki, bunu “İzvestiya” qəzetinə müsahibəsində rusiyalı hərbi ekspert Andrey Frolov söyləyib. Onun sözlərinə görə, Azərbaycanla yanaşı bu sistemə Hindistan, Çin, Vyetnam, Əlcəzair, Qazaxıstan, Türkiyə, Misir, İran, İraq, Küveyt, Səudiyyə Ərəbistanı və Qətər maraq göstərir.

Qeyd edək ki, S-500 Prometey zenit raket kompleksinin xarakteristikası haqqında Moskva heç bir məlumat vermir. Antey-4000-ə gəlincə isə onun S-300B4 sistemlərinin eksport versiyası olduğu güman olunur.

Reaksiya.az

Şərhlər