“Kırşəhirdən Qarabağa könül körpüsü: Həqiqətlərimizin yayılmasında aydınların rolu” - FOTOLAR
23.08.2017 18:33 Sosreaksiya 1844
"Reaksiya.az" xəbər verir ki, “Kırşəhirdən Qarabağa könül körpüsü: həqiqətlərimizin yayılmasında aydınların rolu” mövzusunda avqustun 23-də konfrans keçirildi. Konfrans “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi və Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilatçılığı ilə, Türkiyədəngələnböyük heyətin, Azərbayvan Milli Məclisi üzvlərinin, QHT və KİV nümayəndələrinin, aydınların, gənclərin iştiakı ilə baş tutdu.
Azərbaycan Respublikasının Cəbrayıl və Füzuli rayonlarının Ermənistan silahlı qüvvələri və havadralarının dəstəyi ilə işğalının 24-cü ildönümünə təsadüf edən konfrans,hər iki ölkə şəhidlərin ruhunun yad edilməsi ilə başladı.
Konfransı giriş sözü ilə açıq elan edən Atatürk Mərkəzinin müdiri, millət vəkili, akademik Nizami Cəfərov, qardaş ölkə aydınlarını, Kırşəhir bələdiyyə məclis üzvlərini Azərbaycanda – Türkiyə Cümhuriyyətinin qurucusu qazi Atatürkün adını daşıyan Mərkəzdə salamlamaqdan məmnunluğunu ifadə etdi. N.Cəfərov belə görüşlərin, müzakirələrin önəmini vurğulayaraq, Qarabağ probleminin həll edilməsi üçün işğalçı ölkə rəhbərliyində məsuliyyət və səlahiyyət olmadığını, ona görə də, işğalın bu qədər uzun çəkdiyini, daha geniş miqyas aldığını qeyd etdi. Akademik əlavə etdi ki, Azərbaycanla Türkiyənin dostluğu, qardaşlığı, problemlərə ortaq mövqedən baxışı bir nümunədir və iki ölkə aydınları, vətəndaş cəmiyyəti qurumları da, öz üzərlərinə düşən mənəvi vəzifələri yerinə yetirməlidir.
Sonra, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin prezidenti, millət vəkili Qənirə Paşayeva çıxış edərək, qardaş ölkəyə, o cümlədən Kırşəhirə səfərlərindən, orada keçirdiyi görüşlər, irəli sürülən təkliflər və ideyalardan danışdı. “Kırşəhirdən Qarabağa könül körpüsü”adı ilə hər iki ölkədə həyata keçirilən tədbirlərin məhz bu ad altında gerçəkləşməsinin təsadüfi olmadığını, könül körpüsü qurmaqçün bir-birimizi yaxından tanımağın, öyrənməyin zəruriliyindən söz açdı.
Xanım Paşayeva bildirdi ki, konfransın keçirilməsində məqsəd ermənilər tərəfindən XX əsrin əvvəllərindən etibarən Azərbaycanda, Türkiyədə, eləcə də dünyanın digər yerlərində türk-müsəlman əhalisinə qarşı törədilən terror, soyqırımı, etnik təmizləmə və vandalizm kimi cinayət əməllərinin sistemli təhlilinin aparılması və bu faktların beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında daha yaxından iştirak imkanlarını araşdırmaqdır. Ermənistanın bölgədə bu gün də davam etdirdiyi təxribatlar barədə geniş danışan ABAİ İB prezidenti, vurğuladı ki, dünyanın harasında yaşamasından asılı olmayaraq ədalətin yanında olan bütün insanlar Ermənistanın bu addımlarına laqeyd, seyrçi qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalı, işğalçıların ədalət qarşısında cavab verməsi, azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz ev-eşiklərinə dönməsi üçün səylərini artırmalıdır. “Biz ilk növbədə, türk dünyasından olan qardaşlarımıza ümid bəsləyirik, onlara daha çox inanırıq, təbii. Qardaş Türkiyənin özündə, onun ayrı-ayrı şəhərlərində, qəsəbələrində Azərbaycan həqiqətlərinin daha da geniş şəkildə bilinməsinə, geniş dəstəklənməsinə ehtiyac var.
Azərbaycanı, Qarabağı bilməyən onu necə müdafiə edə bilər?
Ona görə də, mübarizəmizi birlik və bərabərlik içərisində aparmalıyıq”.
Türkiyənin Kırşehir Bələdiyyəsi başqan yardımçısı Əmrə Şahinci Azərbaycan səfər təəssüratlarını bölüşdü, Tovuza, Gəncəyə, o cümlədən, səfər proqramında düşmənlə sərhəd kəndinədə - “0 nöqtəsi”nədək getməyin nəzərdə tutulmasını çox anlamlı saydığını, görüşlərdən məmnun qaldığını bildirdi. Erməni yalanlarını tarixi faktlar və bugünkü gerçəkliklər fonunda şərh edən Ə.Şahinçi, təmsil etdiyi bələdiyyə məclisinin qərarı ilə Kırşəhir küçə və meydanlarını Azərbaycanla bağlı adların verildiyini, bu qardaşlıq örnəyinin bundan sonra da davam edəcəyini vurğuladı.
Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı,Kırşəhirli yazar İmdat Avşar,Orta Asiya və Güney Qafqaz Söz azadlığı şəbəkəsi ictmai birliyinin rəhbəri, Azərbaycan Mətbuat Şurasınınüzvü, əməkdar jurnalist Azər Həsrət, Avropa İqtisadi Palatası baş ofisinin beynəlxalq məsələlər və iqtisadi əlaqələr üzrə vitrse prezidenti Ülvi Kazım, iş adamı Yılmaz Okuklu və başqaları tədbirin mövzusuna uyğun fikirlərini bölüşdülər.
Zaur Qəriboğlu
Şərhlər