Prezidentin səfəri gözlənilən Cəlilabad rayonunun yol problemi - FOTOLAR

23.08.2017 19:36     Sosreaksiya     2729

Cəlilabad rayon sakinlərindən Reaksiya.az - a daxil olan məlumata görə bu günlərdə  yeni su anbarı və  poçt binasının açılışı ilə əlaqədar ölkə başçısı İlham Əliyev rayona gələcək. Bununla əlaqədar açılış baş tutacaq  Astanabad deyilən ərazidə RİH tərəfindən ciddi abadlıq işlərinə başlanılıb. Prezidentin keçəcəyi yollar yenidən təmir olunaraq, abadlaşdırılır. Lakin regionların abadlaşdırılması ilə bağlı prezidnetin xüsusi tapşırığının olmasına baxmayaraq, rayonun digər mərkəzi küçələri bərbad vəziyyətdədir. Hətta şəhid Fərid Əhmədovun adını daşıyan küçənin də yolları keçilməzdir. Rayon sakinlərinin sözlərinə görə Cəlilabadda abadlıq işləri aparan "YKT Servis inşaat" şirkətinə RİH tərəfindən göstəriş verilib ki, rayonun bütün yollarının yenidən təmir olunmasını təsdiq edən sənəd hazırlayıb, təqdim etsinlər. Amma sakinlərin redaksiyamıza ünvanladığı şəkillərdən də görünür ki, yerlərdə xanlıq edən Rayon İcra Hakimiyyətinin başçıları ölkə başçısını aldadırlar. Məsələni gündəmdə saxlayacağıq.

Z.Cəsarət

Reaksiya.az

Şərhlər

Çox oxunanlar