Körpələr və uşaqlar üçün hansı dövrdə hansı oyuncaqlar alına bilər?

30.07.2015 13:20     Sosreaksiya     2803

0-6 ay: Sadə musiqilər çalan, yüngül işıq verən oyuncaqlar; hərəkətli oyuncaqlar ...

4. aydan etibarən: Dişlərini rahatca qaşıya biləcəyi plastik, yumşaq oyuncaqlar, zınqırov, tüksüz yumşaq oyuncaqlar, quş oyuncaqları ...

6-12 ay: Müxtəlif boyda rəngli bloklar, taxta oyuncaqlar, musiqili kitablar, iməkləmə oyuncaqları...

1-2 yaş: Rəngli boya qələmləri, kağız; barmaq kuklaları, kiçik heyvan fiqurları, təkrar edən sözlərdən ibarət olan ritmik musiqi kasetləri, su hovuzu / oyuncaqları, oyuncaq körpə, avtomobil, bol şəkilli sadə hekayə kitabları...

24 aydan etibarən: Kukla, oyuncaq telefon, böyük oyuncaq ev, deşici, daşıyıcı oyuncaqlar, su, gil, qum, oyun xəmiri, vedrə, bel, dülgər alətləri, oyuncaq yük maşını, qatar, çəkic və taxta mismarlar, böyük tüklü oyuncaqlar, taxta tikinti blokları, 4-6 parçalı pazzllar, mətbəx təchizatı, içindən keçilən tunel, sadə zəka oyunları...

36 aydan etibarən: Barmaq boyası, velosiped, pedallı avtomobil, yuma-ütüləmə oyuncaqları, ev vəsaiti təqlidləri, balıq-qarmaq oyunları, sadə bərabərlik oyunları, boya maddələri, sadə dominolar, böyük ölçülü leqolar, bol şəkilli detaylı hekayə kitabları...

Şərhlər

Çox oxunanlar