Azərbaycanlı zəvvarların son qrupu bu gün Həccə yollanıb
26.08.2017 12:36 Sosreaksiya 1338
zərbaycandan Həcc ziyarətinə gedən zəvvarların son qrupları yola salınıb.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Həcc missiyasından APA-ya verilən məlumata görə, zəvvarı daşıyan iki təyyarə artıq Səudiyyə Ərəbistanının Ciddə şəhərinə enib.
Azərbaycanlı zəvvarlar avtobuslarla Ciddədən Məkkəyə yola düşüblər.
Qeyd edək ki, zəvvarların ilk qrupları avqustun 24-də yola salınıb.
Bu il Azərbaycandan Həccə 900 zəvvar gedib. 2016-cı ildə isə Azərbaycandan 1040 zəvvar Həcc ziyarətində olub. Əvvəlki illərdən fərqli olaraq, bu il zəvvarlar üçün fərqli paketlər (VİP və nisbətən ucuz) təqdim edilməyib. Bir nəfərlik ziyarət paketinin qiyməti 3850 dollardır.
Yaxın Şərqdəki vəziyyətlə əlaqədar bu il də zəvvarlar avtobusla yox, təyyarə ilə Səudiyyə Ərəbistanına gediblər. Uçuşları AZAL həyata keçirir.
Azərbaycanda Həcc ziyarətinin təşkilatçısı yalnız Qafqaz Müsəlmanları İdarəsidir.
Şərhlər