V Qəbələ Beynəlxalq Mürəbbə Festivalında 22 ölkənin, 44 şəhər və rayonun şirniyyatçıları iştirak edir

26.08.2017 13:56     Sosreaksiya     1592

Qəbələ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Milli Kulinariya Mərkəzi, Azərbaycan Milli Kulinariya Assosiasiyasının dəstəyi ilə keçirilən V Qəbələ Beynəlxalq Mürəbbə Festivalına start verilib.

Reaksiya.az azərtaca istinadən xəbər verir ki, “Qafqaz Karvansaray” otelinin qarşısındakı parkda təşkil olunan bayram tədbirində dünyanın 22 ölkəsindən - Türkiyə, Almaniya, Belarus, Böyük Britaniya, Gürcüstan, Xorvatiya, İran, Qırğızıstan, Livan, Malayziya, Meksika, Moldova, Özbəkistan, Pakistan, Rumıniya, Rusiya, Polşa, Serbiya, Səudiyyə Ərəbistanı, Slovakiya, Şimali Kipr və Çinin şirniyyatçı komandaları iştirak edir. Həmçinin festivalda Azərbaycanın 44 şəhər və rayonunda əl əməyi və sənaye üsulu ilə hazırlanan mürəbbələr nümayiş olunur. Hər bir iştirakçı festivala 8 növ mürəbbə ilə qatılıb.

Festivalda mürəbbə məhsullarının və əl işlərinin sərgisi də təşkil olunur. Festivalın rəsmi açılış mərasimində dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri iştirak edir.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar