Erməni döyüşçülər ordudakı keyfiyyətsiz ərzaq, su və tibbi xidmətdən şikayət edir

29.08.2017 17:26     Sosreaksiya     1518

Erməni ordusunda bilindiyi kimi keyfiyyətli ərzaq, su və tibbi xidmətlə bağlı problemlər mövcuddur. Reaksiya.az erməni mətbuatına istinadən xəbər verir ki, Ermənistanın “Demokratiya bu gün” ictimai təşkilatı  “Ermənistanda erməni ordusunun sağlamlıq hüququnun əsas məqamları” kitabının dərc edilmilməsi üçün ordudan təxris edilmiş 200 hərbi qulluqçu arasında sorğu keçirib.
 
Sorğunun nəticəsinə əsasən ordudan tərxis olunan gənclərin fikrinə görə bəzi hərbi hissələrdə, döyüş mövqelərində keyfiyyətli ərzaq, qarşılıqlı nizamnamə qaydaları, tibbi xidmət, təmiz su və digər sahələrdə çoxlu problemlər mövcuddur. 
 
 Kitabın müəlliflərindən biri Anna İşxanyan  jurnalistlərlə söhbət zamanı sorğuda iştirak edənlərin döyüş növbətçiliyi həyata keçirən hərbi hissələrdə psixoloqların olmasını vacib hesab etdiklərini qeyd etdiklərini bildirib.
 
Zaur Qəriboğlu
 

Şərhlər

Çox oxunanlar