PKK Ankara-Tehran qatarına hücum edib
30.07.2015 17:59 Sosreaksiya 3770

Suverən və Gənc stansiyası arasında, terroristlər tərəfindən dəmir yoluna qoyuılan mina, Ankara-Tehran səfərini həyata keçirən 11512 səfər saylı Trans Asiya qatarının keçişi zamanı uzaqdan idarə olunan pultla partladılıb. Hadisədə heç kim həlak olmayıb, amma qatara və relslərə ciddi ziyan dəyib.
Vali KÖŞGER: Uzaqdan idarə olunan pultla partladılıb
Vali Yavuz Səlim Köşger terror təşkilatı PKK mənsubların yola qoyduqları əldə düzəldilən minanın uzaqdan idarəetmə ilə partladılması nəticəsində qatara və relslərə ciddi ziyan dəydiyini açıqlayıb. Köşger bildirib ki, sərnişin qatarı öz yoluna davam edib, hadisə yerinə isə çoxlu sayda təhlükəsizlik qüvvələri cəlb olunub.
Şərhlər