Ümumrusiya Azərbaycanlılar Konqresinin Saxalin vilayəti üzrə Regional bölməsinin rəhbəri şəhidləri ziyarət edib - FOTOLAR
14.09.2017 11:41 Sosreaksiya 1713
Ümumrusiya Azərbaycanlılar Konqresinin Saxalin vilayəti üzrə Regional bölməsinin rəhbəri şəhidləri ziyarət edib
Bu gün Ümumrusiya Azərbaycanlılar Konqresinin Saxalin vilayəti üzrə Regional bölməsinin rəhbəri, Qubernatorun millətlərarası məsələlər üzrə məsləhətçisi Nazir Hətəmov 2-ci Fəxri Xiyabanda döyüşlərdə şərəflə canından keçən şəhidlərin məzarını ziyarət edib.
Ziyarət zamanı şəhidlərin məzarı önünə qərənfillər qoyulub və onların ruhuna dualar oxunub. “Bu günümüz üçün müqəddəs Şəhidlərimizə borcluyuq!”
Reaksiya.az-in əməkdaşına ziyarətlə bağlı açıqlama verən Nazir Hətəmov bildirib ki, şəhidlərin əziz xatirəsini uca tutmaq, daim ziyarət etmək hər birimizin mənəvi borcudur. “Torpaq uğrunda ölən varsa - Vətəndir! Bu gün 2-ci Fəxri Xiyabanda torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına şəhid olan, öz adlarını Azərbaycanın şanlı tarixinə böyük hərflərlə yazdıran şəhidlərimizi ziyarət etdik. Şəhidlər ölmür, onlar daim bizim qəlbimizdə yaşayır. Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksəlmiş igidlərimizi mütəmadi olaraq ziyarət edirik və bu həmişə belə olacaq.Allah bütün şəhidlərimizə rəhmət eləsin!" - deyərək Nazir Hətəmov açıqlamasını yekunlaşdırıb.
Ulviyyə Ədalətqizi
Şərhlər