İsrail-Azərbaycan Gənclərinin Qardaşlıq və Həmrəylik Klubunun rəsmi təqdimat mərasimi keçirilib

17.09.2017 10:20     Sosreaksiya     1740

Çıxışçılar qeyd etdilər ki, yeni yaradılan klubda Azərbaycan və İsrail gəncləri toplanacaq və bu da xalqların daha da yaxın olması üçün çox önəmlidir Bu gün İsrail-Azərbaycan Gənclərinin Qardaşlıq və Həmrəylik Klubunun rəsmi təqdimat mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə açan təşkilatın vitse-prezidenti Samir Zeynalovun sözlərinə görə, təşkilat bu il aprel ayının 13-də yaradılıb. Təşkilatın yaradılmasında məqsəd Azərbaycan və yəhudi xalqı arasında olan bağlılığı genişləndirmək və möhkəmləndirməkdən ibarətdir: "Dünyada mövcud olan xalqlar arasında Azərbaycan və yəhudi xalqı arasında olan qədər bağlılıq yoxdur".
S. Zeynalov bildirdi ki, klub Ədliyyə Nazirliyindən qeydiyyatdan keçib və artıq 100-ə yaxın üzvü var. Klubun əsas məqsədi multikulturalizm, qardaşlıq, dostluqdur: "İsrail — Azərbaycan Gənclərinin Qardaşlıq və Həmrəylik Klubu Azərbaycan və İsrail gəncləri arasında, dostluq, həmrəyliyin möhkəmlənməsini reallaşdıran qurum olacaq. Hazırda 100 üzvümüz var, amma bu il bu sayı 10 minə çatdıracağıq. Klub imkansız ailələrin uşaqları üçün pulsuz kurslar təşkil edəcəyik. Onlar üçün ivrit, ingilis, alman və rus dilləri üzrə kurslar, yay düşərgələri təşkil ediləcək".
İsrail — Azərbaycan Gənclərinin Qardaşlıq və Həmrəylik Klubun prezidenti Ağamir Muradın sözlərinə görə, multikulturalizmin inkişafı önəmlidir: "Biz istəyirik ki, İsrail gəncləri ilə daha yaxın olaq. Yəhudilər Azərbaycan torpaqlarında 2000 ildən çoxdur ki, yaşayırlar. Demək olar ki, xalqlar bir-birinə qaynayıb qarışıb".
Çıxışçılar qeyd etdilər ki, yeni yaradılan klubda Azərbaycan və İsrail gəncləri toplanacaq və bu da xalqların daha da yaxın olması üçün çox önəmlidir.
 
Ülviyyə Ədalətqizi
 

Şərhlər

Çox oxunanlar