Millət vəkili və "Azərkitab" xərçəng xəstəsi olan gənc üçün xeyriyyə aksiyası təşkil etdi

18.09.2017 11:34     Sosreaksiya     1955

Millət vəkili Q.Paşayeva və "Azərkitab" xərçəngdən əziyyət çəkən bir gənc aydın üçün imza günü və xeyriyyə aksiyası keçirib.

“Azərkitab”da millət vəkili dr.Qənirə Paşayevanın yeni çapdan çıxmış “Sevgidən Eşqə"adlı yeni kitabının və “Səni Allaha Eşq götürür” adlı kitabının imza günü və “Azərkitab”la Q.Paşayevanın birgə xeyriyyə aksiyası keçirilib. Tədbiri açıq elan edən aparıcı Fəxriyyə Lilpar-İsayeva kitablar haqqında məlumat verdi və bildirib ki, bu gün Qənirə Paşayevanın müəllifi olduğu hər iki kitabın satışından əldə olunacaq gəlir xərçəng xəstəiyindən əziyyət çəkən və ciddi müalicələrə ehtiyacı olan gənc fəal Arzu Qocayevə dəstək üçün ona hədiyyə ediləcək və bütün dostlarını da bu aksiyada fəal olmağa çağırıb. Sonra “Azərkitab” Kitab Təbliğat Mərkəzinin rəhbəri Sabir Həsənov çıxış edərək bu təşəbbüsü alqışladığını və bu işə onlar da böyük məmnuniyyətlə dəstək verdiklərini və gələcəkdə də bu cür təşəbbüslərə hər zaman açıq olduqlarını bildirib.

Millət vəkili Q.Paşayeva ilk növbədə onun “imza günü” və xeyriyyə aksiyası üçün gələn çoxsaylı oxucuları, kitabsevərləri, ədəbiyyat dostlarını, sadə insanları bir arada görməkdən məmnun olduğunu, onların hər birinə təşəkkür etməklə sözünə başladı: - "Bəri başdan qeyd edim ki, bu kitabın satışından gələn gəliri xərçəng xəstəliyindən əziyyət çəkən və ciddi müalicələrə ehtiyacı olan gənc fəal Arzu Qocayevə dəstək üçün ona bağışlamışıq. Çünki bu gəncimiz xərcəng xəstəliyi ilə ciddi mübarizə aparmalıdır və biz inanırıq ki, o bunu bacaracaq və biz bu işdə ona dəstək olmalıyıq. Kitablarda mənim üzləşdiyim, yaşadığım, şahidi olduğum, duyduğum bir sıra həyat hekayələri, esseler, məqalələr yer alır. Onların bir hissəsi buna qədər çap olunmuş müxtəlif kitablarımda da yer alıb. Bir hissəsi isə tam yeni yazılardır. Hər iki kitabda məqsəd maddi dəyərlərə marağın getdikcə artdığı bir dünyada insanları mənəviyyata, həyatın mənasını daha geniş düşünməyə, anlamağa, paylaşmağa çağırmaqdır. Gənc nəsillərimiz üçün əhəmiyyətli ola biləcəyini düşünürəm. Oxuyucuların bir az da olsa xoşuna gəlsə çox məmnun olaram. Bu gün həm imza gününə, həm də imza gününün məqsədi olan xeyriyyə aksiyasına gələn bütün dostlarıma bir daha təşəkkür edirəm". “İmza günü”nə və xeyriyyə aksiyasına tanınmış ziyalılar, QHT və KİV təmsilçiləri, iş adamları, İraq Türkmanlarının fəal təşkilat rəhbərləri, qardaş Türkiydə təmsilçiləri da qatılıblar.

Tədbirdə “Həyat” Fondunun rəhbəri Hacı Nuran, Əməkdar Artist Aybəniz Haşımova, “Sağlalığın Qorunması” İB-nin rəhbəri Yazgül Abdiyeva,ziyalılar, iş adamları, Gəncliyə Yardım Fondunun və Hilal İB-nin təmsilçiləri, Qardaş Türkiyədən Mehmet Akbıyık, Reyhan Özdəmir, Yılmaz Okuklu, QHT və KİV rəhbələri,jurnalistlər çıxış edərək Qənirə Paşayevanı yeni kitabı münasibəti ilə təbrik etməklə yanaşı aksiyada fəal iştirak etməkdən məmnun olacaqlarını da bildiriblər. “Həyat” Fondunun rəhbəri Hacı Nuran Q. Paşayevanın bu addımını müsbət quymətləndirdiklərini və dəstəklədiklərini bildirməklə yanaşı rəhbərlik etdiyi fond olaraq onlar da Ayaz Qocayevə dəstək olmağa hazır olduqlarını vurğulayıb. Əməkdar Artist Aybəniz Haşımova da millət vəkili Q.Paşayevanın bu təşəbbüsünü çox yüksək qiymətləndirdiyini xüsusi vurğulayaraq mən də düşünürəm ki, Arzu üçün bir xeyriyyə konserti verəm deyib. Tədbirdə yüzlərlə kitab satılıb, millət vəkili onları imzalayıb və tədbirin sonunda əldə edilən gəlir Arzu Qocayevə hədiyyə edilib. Tədbirdə iştirak edən Arzu Qocayev və ailə üzvləri aksiya üçün millət vəkili Q.Paşayevaya və "Azərkitab"a dərin təşəkkürlərini bildiriblər.

Tədbir "Azərkitab"ın təşkilatçılığı ilə keçirilib və bundan sonra da bir neçə gün buradan millət vəkili Q.Paşayevanın kitablarını alan insanlar Arzu Qocayevin müalicəsinə də dəstək göstərmiş olacaqlar. Hər kəsi bur neçə gün davam edəcək bu xeyriyyə aksiyasında fəal olmağa çağırırıq. Sizin bir neçə gün ərzində Qənirə xanımın müəllifi olduğu aldığınız hər kitab xərçəngdən əziyyət çəkən bir gəncimizin müalicəsi üçün ona hədiyyə ediləcək.

Reaksiya.az

 

Şərhlər

Çox oxunanlar