Cəlil Məmmədquluzadəyə hörmətsizlik edildi
30.07.2015 20:36 Sosreaksiya 2250

Jurnalist Azər Sarıyev sosial şəbəkədə yeni aldığı kitab haqqında bunları yazıb:
“Bu, Cəlil Məmmədquluzadənin "Əsərləridir” ki, "Öndər" nəşriyyatının qrifi ilə "Şərq-Qərb" mətbəəsi tərəfindən çap olunub. Cəmi bir həftədir alınıb və 2 hekayə, 1 pyes oxunmaqla vərəqləri qopuq-qopuq olub. Günahların hamısı bizim uşaqlardadır ki, axı kitab oxumaq onların nəyinə lazımdır? Mənə lazım idi kasıb vaxtımda ziyana düşüm? Amma Mirzə Cəlildə də az yoxdur. O, vaxtında yazmasaydı, mətbəə də bu kitabı çap etməzdi və mən də belə keyfiyyətsiz nəşrə pul verməzdim”.
Şərhlər