Q.Paşayeva İndoneziya nümayəndə heyəti ilə görüşdə Qarabağ həqiqətlərindən danışıb

19.09.2017 18:34     Sosreaksiya     1350

Millət vəkili Q.Paşayeva İndoneziya nümayəndə heyəti ilə görüşdə Qarabağ həqiqətlərindən danışıb və hər zaman ədalətin yanında daha da çox olacağınızı gözləyirik deyib.

Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Q. Paşayeva Azərbaycandda keçirilən 2-ci İndoneziya Mədəniyyət Günləri çərçivəsində İndoneziyadan gəlmiş nümayəndə heyəti ilə görüşüb.

İndoneziyanın  Azərbaycandakı səfiri Hüsnan Bəy Fananinin də iştirak etdiyi  ilə görüş zamanı Azərbaycan İndoneziya ilə əlaqələrin və əməkdaşlığın daha da inkişafına böyük önəm verir deyən millət vəkili Q.Paşayeva deyib ki, ölkələrimiz arasında kifayət qədər uzunmüddətli diplomatik münasibətlər mövcuddur və toplumlarımızın qarşılıqlı olaraq bir-birilərini daha da yaxşı tanıması, qarşılıqlı səfərlərin artması, sahibkarlarla yanaşı mətbuat və media qurumlarımız, fəal qadınlarımız arasında da əməkdaşlığın daha da genişlənməsi çox vacibdir.  Bu istiqamətdə işlərə və layihələrə daha çox diqqət göstəril və göstəriləcək deyən İndoneziyanın  Azərbaycandakı səfiri Hüsnan Bəy Fanani Azərbaycanda keçirilən 2-ci İndoneziya Mədəniyyət Günləri barədə də danışaraq Azərbaycan bizim üçün dostdan daha böyük məna daşıyır, Azərbaycan bizim üçün qardaş ölkədir və əməkdaşlığımızı da bu səviyyəyə artırmaq  istəyirik və inanırıq ki yaxın zamanlarda İndoneziyada da Azərbaycan Mədəniyyət Günlərinin keçirilməsi ilə bağlı qərar veriləcək, çünki bu çox önəmlidir deyib. İndoneziyanın bütün beynəlxalq platformalarda ərazi bütövlüyü, Qarabağ problemi, Xocalı soyqırımı məsələlərində Azərbaycanı dəstəkləməsini bütün Azərbaycan xalqının yüksək qiymətləndirdiyini deyən millət vəkili Q.Paşayeva bildirib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq dünyada beynəlxalq hüquq və ədalətin yanında olan ölkə və xalqlar Ermənistanın işğalçılıq siyasətinə öz etiraz səslərini daha da yüksəltməli və azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz ev-eşiklərinə dönməsi üçün səylərini artırmalıdırlar.

Qarabağ həqiqətlərinin İndoneziyada daha da geniş yayılması istiqamətində işlərin daha da artacağına inandığını deyən millət vəkili Q.Paşayeva İndoneziyanın bu məsələlərdə bundan sonra da hər zaman Azərbaycana böyük dəstək verəcəyinə inanırıq deyib. Azərbaycana gəlməkdən, yaxından tanımaqdan çox məmun olduqlarını deyən İndoneziya nümayəndə heyəti üzvləri öz fəaliyyətlərində bundan sonra da dost Azərbaycanın təbliğatına, əməkdaşlığımızın daha da genişlənməsinə xüsusi diqqət yetirəcəjlərini bildirib.

 

Azərbaycanla bağlı nümayəndə heyəti üzvlərinə geniş bilgilər verən millət vəkili Q.Paşayeva onları maraqlandıran sualları da cavablandırıb və çox yüksək səviyyədə keçən 2-ci İndoneziya Mədəniyyət Günləri münasibəti ilə onları təbrik edib. İnşallah 3-cü İndoneziya Mədəniyyət Günlərini birlikdə işğaldan azad edəcəyimiz o gözəl bölgələrimizdə də qeyd edə bilək deyən millət vəkili Q.Paşayeva İndoneziyada da Azərbaycan Mədəniyyət Günlərinin keçirilməsinin vacibliyini xüsusi vurğulayıb və Azərbaycanın dost ölkədə daha da geniş tanıdılmasına xidmət edəcək bu addımın yaxın zamanlarda reallaşacağına ümid etdiyini deyib.Nümayəndə heyətinin üzvü, İndoneziya gözəli və İndoneziyanın Mədəniyyət Elçisi Qory Sandioriva Azərbaycana səfərdən, onu yaxından tanımaqdan çox şad olduğunu və Azərbaycanı çox sevdiyini, millət vəkili Q.Paşayeva ilə aralarında qurulan dostluğun da əməkdaşlığımızın genişlənməsi üçün gözəl işlərə çevriləcəyinə inandığını deyib.

Görüşün sonunda millət vəkili Q.Paşayeva İndoneziya nümayəndə heyəti üzvlərinə Azərbaycan tarixi və mədəniyyəti ilə bağlı material və hədiyyələr təqdim edib.

Görüş zamanı konkret layiihələr ətrafında maraqlı fikir mübadiləsi də olub. Nümayəndə heyəti millət vəkili Q.Paşayevanı İndoneziyaya səfərə də dəvət ediblər. Dəvəti böyük məmnuniyyətlə qəbul edən millət vəkili Q.Paşayeva dost İndoneziya ilə əməkdaşlığın genişlənməsinə xidmət edən layihələrdə böyük məmnuniyyətlə iştirak edəcəyini deyib.  

Reaksiya.az

Şərhlər

Çox oxunanlar