MTRŞ Vahid Mustafayevə: “ANS-in açılması mümkün deyil”
21.09.2017 17:33 Sosreaksiya 1467
Milli Televiziya və Radio Şurası (MTRŞ) ANS televiziyasının yenidən fəaliyyətə başlayacağı haqda şirkətin prezidenti Vahid Mustafayevin fikirlərinə münasibət bildirib.
MTRŞ-nın Aparat rəhbəri Toğrul Məmmədov bildirib ki, ANS TV-nin açılması mümkün deyil.
"Bu barədə Ali Məhkəminin qərarı mövcuddur. Şuranın qərarı qüvvədə saxlanılıb. Bundan başqa daha nə demək olar? Faktiki olaraq Şura qərarını verib. Məhkəmə tərəfindən qərara dəyişiklik olunmayıb" - T.Məmmədov ANS-lə bağlı məsələyə aydınlıq gətirib.
MTRŞ rəsmisi, həmçinin əlavə edib ki, yaxın vaxtlarda Azərbaycanda yeni telekanalın yaradılması gözlənilmir.
Qeyd edək ki, Vahid Mustafayev müsahibəsinə ANS-in yenidən açılacağını bildirib.(azvisions.az)

Şərhlər