İŞİD-dən xilas edilən ərazilərdə tapılan uşaqların Azərbaycana gətirilməsi üçün tədbirlər görülür
21.09.2017 17:58 Sosreaksiya 1306
Bağdadda sığınacağa yerləşdirilmiş azərbaycanlı uşaqların ölkəyə qaytarılması prosesi gedir.
Bu barədə məlumatı Azərbaycanın İraqdakı müvəqqəti işlər vəkili Ramiz Qafarov deyib. R. Qafarov bildirib ki, məsələ ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri ilə də görüş keçirilib: “Uşaqların Azərbaycana qaytarılması üçün işləri davam etdiririk. Bəzi çətinliklərimiz var. İşlər yekunlaşdıqda ictimaiyyətə məlumat veriləcək”.
Qeyd edək ki, 2 yaşlı Xədicə və 3 yaşlı Abdullanın Suriyada İŞİD-in işğalından azad edilən ərazilərdə tapılıb. Onlar ata-analarının öldüyünü bildiriblər.
Rus mətbuatında uşaqları İŞİD-in nəzarətindəki ərazilərə valideynlərinin aparıldığı yazılıb. Həmin ərazilər terrorçulardan təmizləndikdən sonra isə sahibsiz qalmış uşaqlar təhlükəsizlik qüvvələri tərəfindən İraqa aparılıb. Uşaqların özləri haqda tam məlumat verə bilməsə də, təqdim olunan videomaterialda Abdulla valideynlərinin öldüyünü deyir. (apa)
Şərhlər