Azərbaycana ilk qar yağıb
28.09.2017 10:50 Sosreaksiya 1377
Ötən gecədən başlayaraq Quba və Qusarın yüksək dağlıq ərazilərinə qar yağıb.
Quba Regional Hidrometeorologiya Müəssisəsindən azərtac-a bildiriblər ki, ən çox yağıntı Qubanın Xınalıq kəndinə düşüb. Burada qarın hündürlüyü 12 santimetrə çatıb. Qırız kəndində 11, Qusarın Ləzə kəndində isə 2 santimetr qar qeydə alınıb.
Qarın yağması ilə əlaqədar şimal bölgəsində hava soyuyub, dağlıq ərazilərdə gecə saatlarında temperatur mənfi 3 dərəcəyədək aşağı düşüb.
Qeyd edək ki, qarın yağması Quba və Qusarın ucqar kəndlərinə gedən yollarda çətinlik yaratmayıb.
Şərhlər