Vəkillər Kollegiyasının sədri Azər Tağıyev səlahiyyətlərini müavininə verib

28.09.2017 11:17     Sosreaksiya     1826

Azərbaycan Vəkillər Kollegiyasının sədri Azər Tağıyev vəzifəsinin icrasını müavini Fərhad Nəcəfova həvalə edib.

 

Bu barədə məlumat verən Fərhad Nəcəfov bildirib ki, A. Tağıyev səhhəti ilə bağlı vəzifəsinin icrasının ona həvalə edilməsinə dair əmr imzalayıb: "Bunu istefa kimi təqdim etmək düzgün deyil. Azər Tağıyev müvafiq əmr imzalayıb.  Kollegiyaya sədr Rəyasət Heyətinin konfransında seçilir".

 

Rəyasət Heyətinin üzvü Muxtar Mustafayev isə deyib ki, bununla bağlı rəsmi məlumat yayacaqlar. O, iclas barədə ətraflı məlumat vermək istəməyib.

Reaksiya.az

Şərhlər