Millət vəkili Hatay valisi, millət vəkilləri, QHT və KİV-lərə görüşdə Qarabağdan danışıb - FOTOLAR
30.09.2017 19:43 Sosreaksiya 1716
Qardaş Türkiyədə səfərdə olan millət vəkili Q.Paşayeva Hatay valisi, millət vəkilləri, tanınmış QHT və KİV rəhbərləri ilə, gənclər və qadın təşkilatları görüşüb və televiziyaların canlı yayımlarına qonaq olub, mətbuat nümayəndələrinə Azərbaycanla bağlı geniş müsahibələr verib və sualları cavablandırıb.
Hatay valisi və millət vəkilləri ilə görüşdə millət vəkili Q.Paşayeva Azərbaycanı, Qarabağ problemi, Xocalı soyqırımı həqiqətlərini, Azərbaycan-Türkiyə birliyinin güclənməsinin önəmi barədə gənclərə yönəlik konfransların və tədbirlərin artmasının vacibliyini vurğulıayıb və bu istiqamətdə təkliflərlə çıxış edib.
Millət vəkili Q.Paşayevanın fikirlərini dəstəkləyən vali və millət vəkilləri bu məsələyə Hatayda bundan sonra xüsusi diqqət göstəriləcəyini deyiblər.
Q.Paşayeva tanınmış QHT və KİV rəhbərləri ilə görüş zamanı Azərbaycan ilə Türkiyənin QHT, KİV, gənclər və qadın təşkilatları arasında əlaqələrin getdikcə daha da genişlənməsinin məmnuniyyətverici olduğunu və bu məsələlərin vacibliyini qeyd edib.
Görüşlər və müsahiblər zamanı Azərbaycanın tarixi, mədəniyyəti, Azərbaycan həqiqətləri ilə bağlı, Ermənistanın torpaqlarımızın 20%-ni işğal altında saxlaması, qaçqın və məcburi köçkünlərin uzun illərdir öz doğma yurdlarına dönə bilməməsi, Dağlıq Qarabağ və işğal edilmiş digər Azərbaycan ərazilərində dinc azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilən soyqırımlar, qətliamlar, Xocalı soyqırımı, tarixi abidələrin erməni vandalizminə məruz qalması da barədə geniş söhbət açan Qənirə Paşayeva ölkələrimizin QHT, KİV, fəal gənclər, qadın təşkilatları arasında əməkdaşlığın artmasının vacibliyi ilə də bağlı geniş fikirlərini də bildirib və bu istiqamətdə fikir mübadiləsi aparılıb.
Bəzi Türkiyə vətəndaşlarının Azərbaycan dövlətinin icazəsi olmadan Azərbaycanın Ermənistan tərəfindən işğal altında olan torpaqlarına səfərlər etməsi, separatçı rejimlə görüşməsi, Azərbaycan və Türkiyənin maraqları əlehinə açıqlamalar verməsinə toxunan millət vəkili Q.Paşayeva bunu kəskin qınayıb və Türkiyə QHT və KİV-lərinin də buna etiraz səsini yüksəltməsinin vacibliyini xüsusi vurğulayıb. Bu kimi addımların iki qardaş ölkə münasibətlərinə mənfi təsir göstərməklə yanaşı Azərbaycan və Türkiyənin beynəlxalq səviyyədə yürütdüyü haqlı mübarizəsinə də öz mənfi təsirini göstərdiyini deyən millət vəkili Q.Paşayeva bu cür şəxslərə qarşı ciddi tədbirlər görülməlidir deyib. Millət vəkili eyni zamanda Qarabağ, Xocalı soyqırımı həqiqətlərinin daha geniş yayılmasında qardaş ölkə QHT və KİV-lərindən Azərbaycan xalqının daha böyük fəallıq gözlədiyini də xüsusi vurğulayıb.
Millət vəkili Q. Paşayeva Hatayın QHT, KİV, fəal gənclər və qadınlar təşkilatlarını Azərbaycana dəvət edib.Onlar Azərbaycana məmuniyyətlə səfər etmək istədiklərini deyiblər.
Görüşün sonunda millət vəkili Qənirə Paşayeva QHT, KİV, gənclər və qadın təşkilatları rəhbərlərinə və üzvlərinə Azərbaycan həqiqətlərinə, tarixinə, mədəniyyətinə dair kitablar və materiallar, özünün yeni çapdan çıxmış “Turan yolçusu” və “Aşk yolçusu” kitablarını hədiyyə edib.
Şərhlər