Bakıda vətəndaş intihara cəhd edir: "Banklar məni boğaza yığıb"

02.10.2017 12:19     Sosreaksiya     1558

Reaksiya.az musavat.com-a istinadən xəbər verir ki, Nizami rayonu, Qara Qarayev küçəsi 70 ünvanında Bəhram adlı şəxs intihara cəhd göstərmək istəyir.

İntihar etmək istəyən şəxs  beşmərtəbəli binanın eyvanına çıxıb, müxtəlif tələblər irəli sürür. Əks halda itihar edəcəyini bildirir. Onu xilas etmək istəyənləri yaxınlığına buraxmır. Yaxınlaşan zaman özü ilə götürdüyü ülgüclə qollarını doğrayır.

Hazırda hadisə yerində olan polis əməkdaşları onunla söhnət aparırlar.

İntihara cəh etmək istəyən şəxs musavat.com-un əməkdaşına bunları deyib: "Get yaz ki, banklar məni boğaza yığıb. Hər şeyimi əlimdın alıblar".

Reaksiya.az

Şərhlər