Dünya kardioloqları energetik içkilərlə bağlı həyəcan təbili calır.

02.10.2017 13:02     Sosreaksiya     1353

Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycanda energetik içkilərin satışının məhdudlaşdırılması təklif edilib.

Bu təkliflə çıxış edən Milli Məclisin deputatı Musa Quliyev bildirib ki, dünya kardioloqları energetik içkilərlə bağlı həyəcan təbili calır.

O qeyd edib ki, energetik içkilərin tərkibində olan yüksək dozalı kofein və digər maddələr insan sağlamlığı üçün çox təhlükəlidir:

“Azərbaycanda da energetik içkilər gənclər və uşaqlar arasında geniş yayılıb. Bu içkilər qəfil ürək tutmalarına, qəfil ölümlərə səbəb olur. Məhz bu səbəbdən Fransa, Norveç, Finlandiya kimi ölkələr bu içkini qadağan ediblər, bir sıra ölkələr isə +18 kateqoriyasına daxil edib”.

Deputat təklif edib ki, Azərbaycanda energetik içkilərin satışını məhdudlaşdırmaq üçün aksiz vergiləri tətdiq olunsun, 18 yaşdan aşağı insanlara satılması qadağan olunsun, yalnız lisenziya ilə satılsın, reklamına qadağa qoyulsun, təhsil müəsssiələrinə yaxın ətrazilərdə satılması qadağan olun.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar