Cəlil Quliyev: Azərbaycanda xilasedicilər ən müasir texnika və vasitələrlə təmin olunub

02.10.2017 13:22     Sosreaksiya     2065

Azərbaycanda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərinin İdarəetmə Mərkəzinin 9 regional mərkəzi fəaliyyət göstərir. Xilasedicilər ən müasir texnika və vasitələrlə təmin olunub.

Bunu FHN-nin, Asiya Fəlakətlərin Azaldılması Mərkəzi və Yaponiya Nazirlər Kabinetinin birgə təşkilatçılığı ilə keçirilən “Fəlakətin azaldılması üzrə Asiya Konfransı 2017”də FHN-nin əhalinin və ərazilərin təhlükəsizliyinin təşkili idarəsinin rəisi Cəlil Quliyev deyib.

Konfransda “Azərbaycanda son 10 ildə fəlakətlərə cavab vermə və risklərin azaldılması siyasəti” mövzusunda xüsusi hesabatla çıxış edən C.Quliyev 2005-ci ildə yaradılan FHN-in qarşısında ciddi vəzifələr qoyulduğunu diqqətə çatdırıb.

FHN ilə müvafiq nazirlik və qurumlar arasında əməkdaşlığı tənzimləyən qarşılıqlı fəaliyyət planlarının hazırlandığını söyləyən C.Quliyev əhalinin maarifləndirilməsi istiqamətində ardıcıl işlərin görüldüyünü, “112 - qaynar xətti”nin fəaliyyət göstərdiyini qeyd edib. Qeyd edib ki, su hövzələrində xilasetmənin səmərəliliyinin artırılması üçün müasir infrastruktur yaradılıb. Eyni zamanda bu istiqamətlərdə xarici ölkələrin təcrübəsi də öyrənilir.(azərtac)

Reaksiya.az

Şərhlər

Çox oxunanlar