İrandan Azərbaycana narkotik keçirmək istəyən şəxs saxlanılıb
03.10.2017 11:55 Sosreaksiya 1501
Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, idarənin "Qoşa Təpə" gömrük postunda İrandan ölkəmizə piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, vətəndaşın üzərində şəxsi yoxlama aparılıb və nəticədə onun daxili orqanında (düz bağırsağında) 1 ədəd bükümdə xalis çəkisi 22,638 qram olan narkotik vasitə - heroin aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Şərhlər