Akif Çovdarov özünü öldürmək istəyib
04.10.2017 14:19 Sosreaksiya 1461
"Tutulmamışdan qabaq istədim özümü öldürüm”. Apa-nın xəbərinə görə, bunu ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov bu gün məhkəmədə deyib.
Prosesdə son sözlə çıxış edən A. Çovdarov “Amma sonra düşündüm ki, özümü öldürsəm, hər şeyi boynuma qoyarlar, arxamca danışarlar", - deyə əlavə edib.
Qeyd edək ki, Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.
Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə Akif Çovdarov son söz deməyə başlayıb.
A. Çovdarov nitqində təqsirsiz olduğunu deyib.
Daha sonra proses qapalı elan olunub, zərərçəkənlər zaldan çıxarılıb.
Proses davam edir.
Şərhlər