Lənkəranda 20-ə yaxın kənd su altında qalıb
05.10.2017 11:43 Sosreaksiya 1237
Son günlər yağan intensiv yağışların Lənkəran şəhərində törətdiyi fəsadların müəyyənləşdirilməsi ilə bağlı fövləqadə komissiya yaradılıb.
Bu barədə Azvision.az-a Lənkəran şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, çayların sululuq səviyyəsinin artması nəticəsində Lənkəranın 20-ə yaxın kəndi su altında qalıb, 2 ev tamamilə dağılıb. Lənkəran çayı sahilində yerləşən 50-ə yaxın ailə isə təxliyə olunub.
“4 avtomobil körpüsü, 6 piyada körpüsü qəzalı vəziyyətdədir. Əşlə, Poladı, Turadı kəndlərindəki körpülər qəzalı vəziyyətə düşüb. Dağ kəndlərində 7-8 yerdə sürüşmə olub. Fəsadların aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir”- İcra Hakimiyyətindən bildirilib.
Şərhlər